İşləri vaciblik və önəm səviyyəsindən asılı olaraq paylaşdırın. Sakit olun, aramla çalışın və bütün işləri başa vurmağa can atın. Dostlarla görüşmək, internetdə vaxt keçirmək istəsəniz də, diqqət və iştirakınızı tələb edən məsələlər var. Tərbiyəsiz adamlar əsəblərinizi tarıma çəkə bilər. Mübahisələrə qatılmayın, diskussiyalarda iştirak etməyin. Başqasının dedikləri ilə hərəkət etməyin.
Günün ikinci yarısında qəfil tapıntı ilə bağlı məlumatı və hisslərinizi etibar etdiyiniz insanla bölüşə bilərsiniz. İdeyalarınızı müstəqil şəkildə inkişaf etdirin.
Axşam saatlarında hətta məğlubiyyət də uğura çevrilə bilər. Yaşananların mahiyyətini anlamağa çalışın. İlkin təəssürat yanlışdır.