Qoç ( 21 mart - 20 aprel )

09/06/2014 00:01

Hisslərin və emosiyaların əsiri olmayın. Yaşam arealınızı müdaxilələrlə kənar təsirlərdən qoruyun. Bu gün öz kiçik dünyanıza sığının. Kimsəyə imkan verməyin ki, işlərinizə mane olsun, yolunuzda sədlər yaratsın. Önəm verdiyiniz dəyərləri var gücünüzlə qoruyun.
Günün ikinci yarısında fəaliyyət intensivliyini bir qədər azaltmaq, yaxınlarınızın istəkləri ilə maraqlanmaq olar. Alış-veriş üçün münasib zamandır. Ailə üzvlərini dinləyin, onlara maddi və mənəvi dəstək olun.
Axşam saatlarında qonaq dəvət etmək və ya valideynlərlə təmasda olmaq olar.