Oxatan (23 noyabr-21 dekabr)

09/06/2014 00:01

Yaşananları emosional qəbul etməyin, qədərindən artıq narahat olmayın. Maraq qorxudan daha güclü ola bilər. İdeya və ya tədqiqat sizi cəlb edəcək.
Soyuqqanlı və təmkinli olun. İfrat emosiyalar işin ziyanınadır.
Təkbaşına çalışın, müstəqil olun. Aldığınız məlumatları və informasiyaları sistemləşdirin. Noutbukunuzdakı qovluqlarla faylları poçt qutularınızdakı məktubları qaydaya salın.
Günün ikinci yarısında normal qidalanın. Yardımınıza kəskin ehtiyac duyan insan var. Hisslərinizi və maraqlarınızı ön plana çəkərək qarşı tərəfin mənafeyini qulaqardına vursanız, incikliklə qarşışalacaqsınız.
İlkin emosiyalara aldanmayaraq intuisiyanızla hərəkət edin.