Başqalarını yaşam ərazisinizə buraxmayın. Özünüz də başqasının hisslərinə, işinə və planlarına kobud müdaxilə etməyin. Hər kəsin dəyər verdiyini qoruyun. Ev işləri ilə məşğul olun, yaxınlarınızın qayğısına qalın.
Günün ikinci yarısında yaşananları ifrat dərəcədə dramatikləşdirməyin. Yaşamın ritm və stilini dəyişmək şanslarından yararlanın. Çətin, faydasız plandan imtina edərək uğur əldə edə biləcəyiniz sahəyə keçin. Avantüraya ehtiyac duyursunuzsa, sakitləşin.
Axşam saatlarında ani yox, uzunmüddətli uğura köklənin.