2.5 milyarda yaxın olacaq

28/05/2014 12:48

"Juniper Research" agentliyi  mobil texnologiya sahəsində  araşdırma aparıb. Araşdırmanın yekunu olaraq marqlı nəticə əldə olunub. Belə ki, nəticəyə görə 2015-ci ildə mobil telefon vasitəsilə online ödəmə xidmətindən istifadə edən abonentlərin sayı 2,5 milyarda yaxın olacaq. 

Abonentlər daha çox Uzaq Şərq və Çindən olacaq. Bu regionlarda mobil telefon vasitəsilə online ödəmə xidmətindən istifadə 30% təşkil edəcək.

Araşdırmada həmçinin bildirilir ki, insanların gündəlik həyatlarında ödəmə əməliyyatları ilə bağlı işlərini xeyli asanlaşdıran bu sistem əsasən nəqliyyat sahəsində tətbiq olunacaq.