“WhatsApp” mobil rabitə tarifi təqdim etdi

28/05/2014 13:03

Onlayn mesajlaşma tətbiqi olan “WhatsApp” Almaniyada sim kart satışına başlayıb. Belə ki, o öz mobil rabitə tarifini istifadəyə verib. Tarif istifadəçiləri messencer hesablarında lazımi vəsait olmadıqda belə ondan istifadə edə biləcəklər.

Şirkət SİM kartların satışını Almaniyanın “E-Plus” mobil operatoru ilə birlikdə həyata keçirəcək. Bununla da “WhatsApp” həm də virtual mobil rabitə operatoruna çevriləcək. Şirkət rəsmilərinin məlumatına görə «Whatsapp» ilk dəfədir ki, belə bir sazişə imza atır.

“WhatsApp” SİM kartlarının tarifi 10 avro təşkil edir.
“WhatsApp” dünyada ən populyar messencerlərdən biridir. Servis 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılıb.2014-cü ilin fevralında şirkəti “Facebook” sosial şəbəkəsi 19 milyard dollara satın alıb.