“Microsoft Azerbaijan” şirkəti maraqlı təşəbbüslə çıxış edir. Belə ki, şirkət 30 may 2014-cü il tarixində “Ofis hər yerdə” təşəbbüsünü irəli sürür.
Şirkətdən verilən məlumata əsasən, sözügedən aksiya çərçivəsində “Microsoft Azerbaijan”ın bütün əməkdaşları noutbuklarını özləri ilə götürüb ofisi tərk edəcək və iş gününü kafedə keçirəcəklər. Şirkət hamını bu aksiyaya qoşulmağa dəvət edərək, iş gününü ofisdən kənarda – park və ya kafedə keçirməyi təklif edir.
Bu aksiya Azərbaycanla yanaşı Moldova və Qırğızıstanda də təşkil olunacaq.
Bu dəfə «Ofis» kimi biz "İl Patio"-nu (Fəvvarələr Meydanı) seçdik. Aksiyanın haştaqı isə" #ofisheryerde" şəklindədir.