“AgileBits” tərəfindən 2012-ci ildə iOS platforması üçün hazırlanan şifrələmə tətbiqi “1Password”, məşhurlaşandan sonra Mac cihazlar üçün də inkişaf etdirilmişdi. Çox etibarlı bir şifrələmə sistemi AES 256 Bit ilə inkişaf etdirilən “1Password” tətbiqi təqdim etmiş olduğu təhlükəsizlik sistemi ilə iOS və Mac istifadəçilərinin ən çox istifadə etdikləri tətbiqlər arasında öz yerini alıb.
İstifadəçilərə kredit kartı, internet şifrələri, bank kart şifrələri, təhlükəsizlik kodları və müxtəlif şifrələri tək bir tətbiqdə qeyd etmək imkanı təmin edən “1Password” tətbiqi böyük maraqla qarşılanıb.
“1Password” tətbiqi ilə artıq bütün şifrələrinizi könül rahatlığı ilə bu tətbiqdə saxlaya bilərsiniz.
Avqustun 1-ə qədər pulsuz olaraq təqdim ediləcək olan “1Password” tətbiqi daha sonra ödənişli variantları ilə yenilənəcək.