"WhatsApp"dan istifadə qadağan olundu

28/05/2014 12:52

İran hökuməti online ismarıc xidməti olan «Whatsapp»a giriş məhdudlaşdırıb. Bu barədə məlumatı İSNA agentliyi yayıb.

İran Baş Prokurorluğu yanında Cinayət tərkibi hallarının müəyyən edilməsi üzrə komitənin katibi Əbdüssəməd Xörrəmabadi bildirib ki, bu barədə qərar mart ayından qəbul olunub.

Xörrəmabadinin sözlərinə görə, İranın İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi bu qərarı yerinə yetirməyib. Komitə bununla bağlı nazirliyə növbəti dəfə xəbərdarlıq etmək məcburiyyətində qalıb.

Lakin rəsmilər WhatsApp-a girişə qadağa qoyulmasının səbəblərini açıqlamayıblar.